logo

Azərbaycanda daha 45 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb

16:56 10-03-2023 | icon 2555
Azərbaycanda daha 45 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 45 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 10 142 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 808, bu günə qədər isə ümumilikdə 7 538 679 test icra olunub.