logo

Azərbaycan XİN-i ABŞ-ın Ermənistandakı səfirinə cavab verib

16:36 10-03-2023 | icon 1232
Azərbaycan XİN-i ABŞ-ın Ermənistandakı səfirinə cavab verib

“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür: “Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.