KİV-lərdə kibertəhlükəsizlik problemləri müzakirə edilib
Azərbaycan Mətbuat Şurasının (MŞ) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Mətbuat Şurasından YeniAvropa-ya verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid tədbirin keçirilməsində məqsədin medianın kibertəhlükəsizlik məsələlərinə diqqət çəkməkdən ibarət olduğunu bildirib. “Müsavat TV”nin və “Səs TV”nin sosial platforma hesablarına hücumların olduğunu xatırladan Rəşad Məcid qeyd edib ki, bu hadisələr problemə yanaşmada yeni metodların tətbiqini aktuallaşdırır. Elektron Təhlükəsizlik Xidməti də bu həssas məqamı nəzərə alaraq, Şura ilə birgə toplantı keçirməyi vacib sayıb.
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov çıxışında müzakirə olunan mövzunun əhəmiyyətindən söz açıb. Bildirib ki, rəqəmsallaşmanın tətbiqi genişləndikcə, müvafiq olaraq, kibertəhdidlərin sayı da artır. Bu təhdidlər özünü müxtəlif forma və metodlarda göstərir. O, belə təhdidlərdən qorunmaq üçün, ilk növbədə, maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb. Bildirib ki, kiberdələduzların öz məqsədlərinə nail olmaları 60 faiz insan amili ilə əlaqəlidir. Kiber məkandan istifadə edən şəxslər təhlükəsizlik qaydalarına düzgün əməl etsələr, xoşagəlməz vəziyyətdən yayınmaq da mümkün olar.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı kütləvi informasiya vasitələrinin kiberhücumlara məruz qaldığı faktını önə çəkərək, bu hücumların bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb. N.Məmmədli vəziyyətdən çıxış yollarından biri kimi “Media haqqında” Qanunda da əksini tapmış media savadlılığı ilə bağlı müddəaların praktik fəaliyyət müstəvisinə gətirilməsini vacib sayıb. Bu prosesin sistemli şəkildə aparılmasına ehtiyac duyulduğunu vurğulayıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında diqqəti ölkəmizin üzləşdiyi informasiya savaşına çəkib. Savaşın həssas məqamlarında kiberhücumların da intensivləşməsini vurğulayıb. Qeyd edib ki, belə hallarda problemlərin çevik həlli üçün müvafiq dövlət qurumları ilə koordinasiya edilmiş fəaliyyətə ehtiyac yaranır. M.Ələsgərli çevik koordinasiya mexanizmlərinin müzakirəsinin vacibliyini bildirib.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov qeyd edib ki, media qurumları tərəfindən kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli və bu prosesə peşəkar kadrlar cəlb edilməlidir.
MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəhbərlik etdiyi “Musavat TV”yə hücumun aradan qaldırılması istiqamətində gördükləri işlərdən söz açıb. Kibertəhdidlərin əvvəllər də qeydə alındığını vurğulayan R.Arifoğlu ümumi yaranmış vəziyyətin ölkənin informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməsi üçün əsasları formalaşdırdığını diqqətə çatdırıb, problemin müzakirəsinin vacibliyini bu baxımdan əsaslandırıb.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxışında kiberhücumla rastlaşarkən həyata keçirilmiş tədbirlərdən söz açıb.
Çıxış edənlərdən MŞ sədrinin müavini Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri Umud Rəhimoğlu, Fərid Pərdəşünas, Hacıbəy Heydərli və başqaları diqqəti mövcud sahədəki xarakterik məqamlara çəkiblər.
ETX-nin mütəxəssisləri Aysel Hadiyeva və İbrahim Əbdüləzizli media qurumlarına yönəlmiş aktual kibertəhdidlər və kibergigiyena qaydaları barədə məruzələrlə çıxış ediblər.
Sonda Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov toplantıda səsləndirilən suallara aydınlıq gətirib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır