logo

Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik-İlham Əliyev 

10:51 09-03-2023 | icon 903
Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik-İlham Əliyev 

Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib.