logo

Azərbaycan futzal millisi dünya çempionatının elit raunduna vəsiqə qazanıb

11:33 08-03-2023 | icon 1358
Azərbaycan futzal millisi dünya çempionatının elit raunduna vəsiqə qazanıb

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub.

YeniAvropa xəbər verir ki, altı qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanıblar.

Qrup ikincisi kimi mərhələ adlayan Azərbaycan millisi ilə yanaşı, elit raundda Xorvatiya, Fransa, Gürcüstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Ukrayna, İspaniya, Qazaxıstan və Ermənistan seçmələri mübarizə aparacaqlar.

Bu mərhələnin püşkü iyulun 5-də atılacaq.