İlham Əliyev Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə səfir Ruslan Stoyanov etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.
Dövlət başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək, Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunub, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirib. Prezident İlham Əliyev, eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd edib.
Azərbaycan prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirib, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.
Azərbaycan prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.
Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş edib.
Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimadın və yüksəksəviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu dedi. Ruslan Stoyanov vurğuladı ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Səfir Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxundu.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb