logo

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

12:32 06-03-2023 | icon 1022
Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, sülhə və danışıqlara alternativ görmür.

YeniAvropa xəbər verir ki, bunu Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qəbula görə minnətdarlığını ifadə edən Marton Nad martın 5-də Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlət başçısına başsağlığı verib.

Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Marton Nad pezident İlham Əliyevin Macarıstana səfərinin yüksək səviyyədə həyata keçirildiyini və münasibətlərimizin inkişafı baxımından böyük önəm daşıdığını qeyd edib.