Qazaxıstanda xüsusi əməliyyat keçirilib:40 nəfər saxlanılıb
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyəti dayandırılıb, 40 nəfər saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 5-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Milli Təhlükəsizlik Komitəsinin 5-ci idarəsi ilə birgə cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması üçün xüsusi əməliyyat keçirib.
İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər. Qeyd olunub ki, qrupun keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla 50-yə yaxın fəal üzvü olub.
Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən rayonun iri sənaye obyektlərində, o cümlədən “Arcellor Mittal Temirtau” ASC-də inventarların oğurlanmasının çoxpilləli sistemi aşkar edilib.
Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qrup üzvlərinin bir neçə üstü açılmamış ağır və xüsusilə ağır cinayətlərdə (hədə-qorxu ilə tələb etmə, sağlamlığa ağır zərər vurma, adam öldürməyə cəhd) iştirakını müəyyən ediblər.
“Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul, daşınar və daşınmaz əmlak, habelə uzaqdan girişi dinləmək üçün xüsusi texniki avadanlıq müsadirə olunub, habelə 40 nəfər təqsirləndirilən şəxs polisə təhvil verilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb