logo

"Bravo" supermarketdə atışmada 1 nəfər ölüb,2 nəfər xəsarət alıb

15:55 04-03-2023 | icon 3752
"Bravo" supermarketdə atışmada 1 nəfər ölüb,2 nəfər xəsarət alıb

Paytaxtın Xətai rayonunda yerləşən "Bravo" supermarketdə silahlı hücum zamanı 1 nəfər ölüb,2 nəfər xəsarət alıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

"Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər hadisə yerində həyatını itirib",-deyə məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə "Bravo" supermarketdə atışmaya dair görüntülər yayılıb: