logo

Bosniya və Herseqovina rəhbərinin ölkəmizə səfəri başa çatıb

14:54 03-03-2023 | icon 1106
Bosniya və Herseqovina rəhbərinin ölkəmizə səfəri başa çatıb

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviçin Azərbaycana səfəri martın 3-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salbılar.