logo

BMT Baş Assambleyasının prezidentinin Azərbaycana səfəri başa çatıb

14:34 03-03-2023 | icon 1134
BMT Baş Assambleyasının prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösinin Azərbaycana səfəri martın 3-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər yola salıblar.