logo

Türkmənistan prezidentinin Azərbaycana səfəri başa çatıb

16:16 02-03-2023 | icon 1092
Türkmənistan prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri martın 2-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.