logo

Bolqarıstanın baş prokuroru Azərbaycana gəlib

14:54 02-03-2023 | icon 1155
Bolqarıstanın baş prokuroru Azərbaycana gəlib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Bolqarıstanın baş prokuroru İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.


Azərbaycanın Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Bolqarıstanın baş prokuroru İvan Geşev göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Bolqarıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.

Daha sonra baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

İvan Geşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.