logo

Rusiya Zaporojye şəhərini raket atəşinə tutub-ölənlər var

10:45 02-03-2023 | icon 2079
Rusiya Zaporojye şəhərini raket atəşinə tutub-ölənlər var

Rusiya hərbçiləri Ukraynanın Zaporojye şəhərində çoxmərtəbəli binaya raket zərbəsi endirib, ilkin məlumata görə, azı iki nəfər ölüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Zaporojye şəhər Şurasının katibi Anatoli Kurtev "Teleqram" səhifəsində yazıb.

"Rusiya qoşunları beşmərtəbəli bir binanı demək olar ki, tamamilə dağıdıb. İnsanlar dağıntılar altındadır. İlkin məlumata görə, iki nəfər həlak olub. Bütün müvafiq xidmətlər işləyir", - deyə Kurtev bildirib.

Onun sözlərinə görə, hadisə yerinə Dövlət Fövqəladə Hallar Xidmətinin, milli polisin, şəhər şurasının və sosial müdafiənin yardım briqadaları cəlb olunub, xəsarət alanlar ictimai avtobuslarla təxliyə olunur. Hücumun nəticələri ilə bağlı tam məlumat hələ əldə edilməyib.