logo

Azərbaycan 422 erməni hərbçinin meyitini və qalıqlarını Ermənistana qaytarıb

21:11 01-03-2023 | icon 980
Azərbaycan 422 erməni hərbçinin meyitini və qalıqlarını Ermənistana qaytarıb

Azərbaycan Ermənistana 2022-ci ilin sentyabr hadisələri zamanı zərərsizləşdirilən 225 erməni hərbçinin meyitini qaytarıb.

YeniAvropa “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan Əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclasında məlumat verib.

Onun sözlərinə görə, sentyabr hadisələri də daxil omaqla 44 günlük müharibədən sonra Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb.

Xidmət rəhbəri bildirib ki, Azərbaycan müharibədən sonra ümumilikdə 173 hərbi qulluqçu və mülki şəxsi Ermənistana təhvil verib.