Avropa İttifaqı Azərbaycanda yeni kampaniyaya başlayır
Martın 1-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyi ölkəmizdə qadınların əldə etdikləri uğurlar, bacarıqlar və gücü açıq etiraf etmək məqsədilə bir ay sürəcək kampaniyanın başlandığını bəyan edib. Tədbirin açılışında Avropa İttifaqının, həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri və tanınmış Azərbaycan qadınları iştirak edib.
YeniAvropa xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bu kampaniyanın mesajının qadın gücünü – qadının can atdığı və ümid etdiyi təşəbbüslərə nail olmaq gücünü açıq şəkildə etiraf etmək olduğunu söyləyib. Qeyd edib ki, Avropa İttifaqı Beynəlxalq Qadınlar Gününü “Avropa heyəti” qismində, “Qadın böyük qüvvədir” kampaniyasının siması kimi çıxış və müxtəlif sahələri təmsil edən 20-dən çox Azərbaycan qadını ilə birlikdə qeyd etməkdən qürur hissi keçirir. “Məqsədimiz bütün nəsilləri şövqə gətirmək və qadını güclü edən cəhətlər mövzusunda müzakirələrin təşəbbüskarı olmaqdır. Avropa İttifaqı həyata keçirdiyi siyasət və proqramları vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak edə bilmələrinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə qulluq edir. Kampaniya mart ayı ərzində davam edəcək”, - deyə Peter Mixalko vurğulayıb.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin keçirdiyi kampaniyanın simaları mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə, həmçinin kişi hömranlığının təsbit olunduğu aviasiya və təhlükəsizlik sahələrində çalışan qadınları canlandırırlar. Kampaniya zamanı universitetlərdə təqdimatların keçirilməsi, kampaniyanın simalarını ictimaiyyətə tanıdan reklam lövhələri, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və digərlərinin sosial şəbəkə səhifələrində yerləşdiriləcək uğur hekayələri və videolar daxil olmaqla müxtəlif tədbirlər baş tutacaq.
Həmçinin Avropa İttifaqı Azərbaycanda gender bərabərliyinə təkan vermək üçün qadın və qızların təhsil və məşğulluq nailiyyətlərini artırmaq, bərabər imkan və hüquqlardan yararlanmaq istiqamətində maneələr törədə bilən ümumi gender stereotiplərinin bəzilərinə qarşı qəti tədbirlər görmək məqsədilə bir sıra layihələri dəstəkləyib.
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək