Bakıda Azərbaycan-Çin əlaqələri müzakirə edilib
Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi, ticarət və iqtisadi, nəqliyyat əlaqələrinin yüksək inkişaf dinamikasını məmnunluqla qeyd edib, əməkdaşlığımızın qarşılıqlı maraq doğuran digər bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ölkələrimiz arasında son illərdə həyata keçirilmiş yüksək səviyyəli rəsmi səfərlərdən məmnunluq ifadə olunub.
Tərəflər iki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının, inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında nəqliyyat, tranzit və logistika sahəsində geniş əməkdaşlıq imkanları olduğunu, habelə Ələt Azad İqtisadi Zonasının və bu istiqamətdə sərmayələrin əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tərəflər ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlığın gələcək gündəliyini müzakirə edib, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov həmsöhbətini Ermənistanın 30 il müddətində ərazilərimizin işğalının fəsadları, 2020-ci ildən sonra bölgədə mövcud olan postmünaqişə vəziyyəti, sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə mövcud mina təhdidləri barədə məlumatlandırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib