Hindistanda "G20" ölkələrinin XİN başçılarının Zirvə görüşü keçirilir
Hindistanın paytaxtı Dehlidə “Böyük iyirmilik” G20) qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşü başlayıb.
YeniAvropa xəbər verir ki, "G20"nin hazırkı sədri Hindistanın himayəsi ilə keçirilən görüşdə qrupa üzv ölkələrlə yanaşı, ev sahibinin dəvəti əsasında 20-yə yaxın ölkənin rəsmiləri, beynəlxalq və regional təşkilatların təmsilçiləri iştirak edirlər. Xarici işlər nazirləri gündəlikdə duran beynəlxalq mövzularla yanaşı, multilaterizm, terrorizmə qarşı mübarizə, iqtisadi inkişaf, inflyasiyanın artması, dünya bazarında ərzaq və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər. Zirvə görüşünün iki əsas iclası martın 2-də keçiriləcək.
Hindistanın xarici məsələlər katibi Vinay Kvatra Zirvə görüşünə dair mətbuat konfransında bildirib ki, Rusiya-Ukrayna müharibəsi görüşün gündəmində əsas yer tutacaq. “Rusiya-Ukrayna müharibəsində inkişaf edən vəziyyəti nəzərə alsaq, təbii ki, bu, xarici işlər nazirlərinin görüşü zamanı vacib müzakirə mövzusu olacaq”, - deyə Hindistan rəsmisi bildirib. O, həmin müharibənin iqtisadiyyat və inkişaf da daxil olmaqla dünyaya təsirlərinin də müzakirə olunacağını açıqlayıb.
“Reuters” agentliyi sammitin yekun sənədində Ukraynadakı müharibənin qınanmasına aid bənd olmayacağı təqdirdə Avropa İttifaqının həmin sənədi imzalamayacağı barədə xəbər yayıb.
Qeyd edək ki, xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşü qrupun maliyyə nazirləri və Mərkəzi banklarının rəhbərlərinin Hindistanın Banqalor şəhərində keçirilmiş və Qərb bloku ilə Rusiya-Çin tandemi arasında Ukrayna məsələsinə görə kəskin fikir ayrılığı səbəbindən yekun bəyannamənin qəbul edilməməsi ilə başa çatan görüşündən bir neçə gün sonraya təsadüf edir. Həmin görüşdə tərəflər Ukraynadakı hərbi toqquşmanı müharibə sözü ilə qeyd etmək barədə razılığa gələ bilməyiblər. Rusiya və Çin tərəfi yekun bəyannamədə “müharibə” sözünün işlədilməsinə etiraz edib. “Bloomberg” agentliyi yazır ki, rəsmi Dehli XİN rəhbərlərinin görüşündə oxşar vəziyyətin yaşanmaması üçün Rusiya və Çin tərəfini məsələ ilə bağlı razı salmağa çalışır.
XİN rəhbərlərinin Zirvə görüşü çərçivəsində ikitərəfli görüşlər də təşkil olunur. Artıq Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrovun görüşü baş tutub.
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb