logo

Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub. 1 nəfər ölüb

20:20 28-02-2023 | icon 2002
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxub. 1 nəfər ölüb

Fevralın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 515 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 281 nəfər müalicə olunaraq sağalıb, 10 min 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 148 nəfərdir.