Bakıda Beynəlxalq Aqrobiznes Forumu təşkil edilib
Bakıda Beynəlxalq Aqrobiznes Forumu (International Agro Business Forum) keçirilib.
KOBİA-dan YeniAvropa-ya verilən məlumata görə, rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov kənd təsərrüfatı və qida sənayesinin KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardan olduğunu qeyd edib. Bildirilib ki, aqrar sahədə fəaliyyət yerli icmaların, regionların və bütövlükdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında aparıcı rola malikdir. Kənd təsərrüfatı həm də qlobal miqyasda ərzaq təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir. Ölkəmizdə də aqrobiznesin inkişafı sosial-iqtisadi inkişaf siyasətinin prioritetlərindəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də məhz dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsidir. KOB subyektlərinin kənd təsərrüfatı və qida sənayesindəki geniş fəaliyyətini nəzərə alaraq KOBİA ölkəmizdə aqrobiznes fəaliyyətinin qurulmasına və inkişafına dəstək göstərən qurumlardandır. Agentlik aqrobiznesi prioritet sahə kimi diqqətdə saxlamaqla, istehsal, emal və satış istiqamətlərində aqrobiznesin inkişafına və sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərə dair mütəmadi olaraq maraqlı tərəflərlə müzakirələr aparır. Aqrar sığortanın tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələlərdəndir.
Orxan Məmmədov vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək.
Forum çərçivəsində sərgi və ikitərəfli görüşlər, “Kənd təsərrüfatında Türkiyə - Azərbaycan: vizyon və əlaqələr” və “Aqrar sahədə həyata keçirilən innovasiyalar” mövzularında panel müzakirələr təşkil olunub.
Beynəlxalq Aqrobiznes Forumu martın 1-də də davam edəcək.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb