logo

FIFA və AFFA əməkdaşlıq məsələlərini müzakirə edib

19:29 28-02-2023 | icon 1575
FIFA və AFFA əməkdaşlıq məsələlərini müzakirə edib

Fevralın 28-də FIFA-nın prezidenti Gianni İnfantino ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

YeniAvropa AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə FIFA və AFFA arasında əməkdaşlıq məsələləri müzakirə olunub, FIFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

R.Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə FIFA prezidentinə məlumat verib. Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə edib.

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov görüşdə iştirak edib.