Azərbaycan-Meksika parlament əməkdaşlığı müzakirə edilib
Fevralın 28-də Milli Məclisin və Meksika Deputatlar Palatasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib.
YeniAvropa xəbər verir ki, Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq, bu münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini qeyd edib. O, parlament diplomatiyasının ölkələr arasındakı əlaqələrə töhfəsindən danışaraq, parlamentlərarası münasibətlərin genişləndirilməsinin, dostluq qrupları arasında daha sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Jalə Əliyeva bu səfərin bəşəriyyətin qarşılaşdığı ən böyük faciələrdən olan Xocalı qətliamının 31-ci ildönümünə təsadüf etdiyini söyləyib. O, Meksika parlamentinin 2011-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini xatırladıb. Azərbaycanın ən ağrılı probleminə ədalətli münasibət bəsləyən dost Meksikanın Vətən müharibəsi günlərində haqqa və ədalətə sadiq qalaraq, ölkəmizin yanında olduğunu, beynəlxalq hüququ dəstəklədiyini minnətdarlıqla vurğulayıb.
Jalə Əliyeva Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərindən bəhs edərək bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz əzəli torpaqlarını Ermənistanın işğalından azad edib, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Meksika parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas çıxış edərək ölkəmizə səfərindən məmnunluğunu bildirib.
Meksika parlamentində bir sıra digər ölkələrlə dostluq qruplarında həm üzv, həm rəhbər kimi çalışdığını söyləyən Alberto Viyya Viyyeqas Azərbaycanla əlaqələrin tamamilə fərqli, diplomatiyadan əlavə, dərin dostluq münasibətlərinə əsaslandığını vurğulayıb. O deyib ki, dostluq qrupları iki xalqın dostluğu əsasında gələcəkdə daha yaxşı işlər görə, çağırışlara cavab verə bilər. Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, həmçinin bildirib ki, ölkələrimiz arasında müxtəlifliklərin olmasına baxmayaraq bir çox sahədə eyni dəyərləri bölüşürük.
Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tural Gəncəliyev və İltizam Yusifov çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
Sonra meksikalı parlamentarilər Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez, Navor Alberto Rohas Mansera çıxış ediblər.
Söhbət zamanı iki ölkə arasında parlamentlərarası, siyasi, iqtisadi, ticarət, mədəni, humanitar, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak ediblər.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb