logo

Ermənistan addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək

14:54 28-02-2023 | icon 980
Ermənistan addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək

Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək. Onun qeyri-konstruktiv yanaşmasını hazırda da müşahidə edirik. Ötən ilin sonunda Laçın yolunda olan hadisələrlə bağlı da qeyri-konstruktiv yanaşmanın şahidi oluruq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Ermənistan bu yolda qeyri-qanuni əməllər törədib. Görürük ki, yüksək siyasi rəhbərlik səviyyəsində onlar bütün məsuliyyəti Rusiyanın və Azərbaycanın üzərinə qoymaq istəyirlər. Biz üçtərəfli Bəyanatın tələblərinin yerinə yetiriləcəyinə inanırıq.