logo

Ermənistan üçtərəfli Bəyanata məhəl qoymur-Ceyhun Bayramov

14:34 28-02-2023 | icon 1022
Ermənistan üçtərəfli Bəyanata məhəl qoymur-Ceyhun Bayramov

Üçtərəfli Bəyanatın müddəaları yerinə yetirilməlidir. Biz bu barədə uzun müddət müzakirələr aparmışıq. Təəssüf ki, Ermənistan tərəfi üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib.

Azərbaycanın üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini vurğulayan C.Bayramov Laçın-Xankəndi yolunda davam edən etiraz aksiyalarına toxunaraq, Qarabağ bölgəsində yaşayan mülki şəxslərin hərəkəti və mülki yüklərin daşınması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistan tərəfinə sərhəd-keçid məntəqələrinin yaradılması təşəbbüsünü irəli sürdüyünü xatırladan nazir Ceyhun Bayramov bildirib: “Bununla da nəticə etibarilə şəffaflıq təmin oluna və məsələ həll edilə bilərdi. Əgər Ermənistan tərəfi bu gərginliyin aradan qaldırılmasında həqiqətən maraqlıdırsa, o zaman biz bunu edə bilərik. Düşünmürük ki, bundan imtina etmək yaxşı ideyadır”.