logo

Ağdamın 25 faizi minalardan təmizlənib-ANAMA sədri

12:12 28-02-2023 | icon 938
Ağdamın 25 faizi minalardan təmizlənib-ANAMA sədri

Ağdam rayonu üzrə ötən illər ərzində 16 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ilin planına uyğun olaraq, daha 10 min hektardan çox ərazi təmizlənərək aidiyyəti üzrə təhvil veriləcək: “Təxminən Ağdam rayonunun 25 faizi mina və partlamamış sursatlardan təmizlənib. Ağdamda artıq bir sıra layihələr yekunlaşıb”.