logo

Bu gün Azərbaycanda 384 doza vaksin vurulub

18:18 25-01-2023 | icon 1736
Bu gün Azərbaycanda 384 doza vaksin vurulub

Yanvarın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 384 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 206, ikinci doza vaksinlərin sayı 47, üç və daha çox doza vaksinlərin sayı 118, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 940 min 852, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 629, ikinci mərhələ üzrə 4 milyon 876 min 753, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 326, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 144-dür.