logo

Məktəblilərin 5 günlük qış tətili başlayır

13:53 24-01-2023 | icon 812
Məktəblilərin 5 günlük qış tətili başlayır

Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.

Elm və Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, ümumtəhsil müəssisələrinin bütün səviyyələri üçün yanvarın 27-dən 31-dək (5 gün) qış tətili günləridir.

Tətildən sonrakı ilk dərs günü fevralın 1-i olacaq.