logo

Almaniya “Patriot”larını Polşanın Ukrayna ilə sərhəddinə göndərir

16:13 23-01-2023 | icon 707
Almaniya “Patriot”larını Polşanın Ukrayna ilə sərhəddinə göndərir

“Bundeswehr” yanvarın 23-dən “Patriot” zenit-raket komplekslərinin üç eskadrasından ikisini Polşaya göndərməyə başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Patriot” sistemləri Mecklenburg-Vorpommern federal əyalətinin Gnoien şəhərindən yola salınıb. Onlar Polşanın cənub-şərqindəki Zamosc şəhəri yaxınlığında, Ukrayna ilə sərhəddən 60 kilometr məsafədəki operativ mövqelərdə dislokasiya olunacaq. Həmin yerdə Ukrayna üçün nəzərdə tutulan mülki və hərbi yüklərin daşındığı dəmir yolu stansiyası yerləşir.

Almaniyalı hərbçilər silah sistemlərini quraşdırmaq üçün yanvarın 16-da Polşaya gəliblər. Zenit-raket kompleksləri NATO-nun şərq cinahında alyansın hava məkanının müdafiə sisteminə inteqrasiya olunacaq.

“Patriot” batareyası atəşi idarəetmə maşını, radiolokasiya müşahidəsi qurğusu, elektrik generatoru və 4-16 ədəd raketin yerləşdiyi daşıyıcıdan ibarətdir. Zenit-raket kompleksi 24 kilometr hündürlükdə və 3 kilometrdən 80 kilometrə qədər uzaqlıqda hava hədəflərini vura bilir.