logo

Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs edilib

11:11 21-01-2023 | icon 1127
Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs edilib

Yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.