logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

10:50 21-01-2023 | icon 1344
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 83 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.