logo

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib

14:14 20-01-2023 | icon 1519
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeronun rəhbərlik etdiyi nümayəndə heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

"Şiddətli hücum zamanı yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı verir və öz əqidələrini dinc yolla müdafiə edənlərin fədakarlıqlarını unutmuruq", - deyə, paylaşımda Azərbaycan xalqına başsağlığı verilib.