logo

20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla anılır

10:10 20-01-2023 | icon 1911
20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla anılır

Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.

YeniAvropa xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Bu müqəddəs məkana gələn insanların simasında kədərlə yanaşı, qürur hissləri görünür. Çünki 20 Yanvar xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına etiraz əlaməti olaraq keçirilən kütləvi nümayişləri, vüsət alan milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Bakıya və bölgələrə yeridilən sovet ordusu dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Nəticədə 150 mülki şəxs qətlə yetirildi, 700-dən çox insan ağır yaralandı.