logo

İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb

20:50 18-01-2023 | icon 1134
İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb

Prezident İlham Əliyev yanvarın 18-də Ukrayna prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".