logo

“Aeroflot” birbaşa Sankt-Peterburq-Bakı aviareysinə başlayır

17:37 17-01-2023 | icon 1008
“Aeroflot” birbaşa Sankt-Peterburq-Bakı aviareysinə başlayır

Fevralın 17-dən etibarən “Aeroflot” Hava Yolları “Pulkovo” hava limanından Sankt-Peterburq - Bakı arasında birbaşa uçuşlara başlayacaq.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

Aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla, “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.