logo

Avropa İttifaqı bundan sonra da Azərbaycana dəstək verəcək-Səfir

14:14 17-01-2023 | icon 1001
Avropa İttifaqı bundan sonra da Azərbaycana dəstək verəcək-Səfir

Avropa İttifaqı sosial təminatın inkişafı sahəsində Azərbaycana bundan sonra da dəstək verəcək.

YeniAvropa xəbər verir ki, bunu Avropa İttifaqının(Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2” Avropa İttifaqının tvininq layihəsinin açılış mərasimində deyib.

Səfir bildirib ki, layihənin birinci mərhələsi 2017-2019-cu illərdə həyata keçirilib: “Bu layihə sosial təminat sahəsində əməkdaşlığımızın çoxsaylı nümunələrindən biridir. İndi bu, bizim üçün prioritet sahələrdən biridir. Aİ-nin bu sahədə təcrübəsini bölüşməkdən çox məmnunuq”. Dayanıqlı pensiya sisteminin sosial sabitliyin təməllərindən biri olduğunu deyən P.Mixalko hesab edir ki, bu layihənin həyata keçirilməsi sosial təminatın inkişafını göstərir və Aİ bu məsələdə bundan sonra da Azərbaycana dəstək verəcək.

“Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsi ümumilikdə ölkəmizdə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.

Layihə Litvanın Sosial Təminat və Əmək Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək.