logo

Azərbaycanda daha 2 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

17:34 16-01-2023 | icon 2457
Azərbaycanda daha 2 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 379 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 872 nəfər müalicə olunaraq sağalıb, 10 min 50 nəfər vəfat edib. Aktiv xəstə sayı 457 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 676, bu günə qədər isə ümumilikdə 7 milyon 458 min 556 test icra olunub.