logo

Ötən iki gündə 30 kq narkotika dövriyyədən çıxarılıb

10:30 16-01-2023 | icon 329
Ötən iki gündə 30 kq narkotika dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının yanvarın 14-də və 15-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 29,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 8,5 kiloqramdan artıq heroin, 21,2 kiloqramdan çox marixuana, 20 qram tiryək və 1 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.