logo

Ötən il Azərbaycanda 46,7 milyard m3 qaz hasil edilib

20:50 13-01-2023 | icon 875
Ötən il Azərbaycanda 46,7 milyard m3 qaz hasil edilib

Ötən il Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 25,2 milyard kubmetri “Şahdəniz”dən, 8,1 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artım qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hesabat dövründə xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib. Bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur. Yanvar-dekabr aylarında Avropaya 11,4 milyard kubmetr, Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP vasitəsilə bu müddətdə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 203,4 milyard kubmetr, “Şahdəniz”dən isə 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 128 milyard kubmetrə yaxını ixrac olunub.