logo

Ötən il Azərbaycanda 32,6 milyon ton neft hasil edilib

14:14 13-01-2023 | icon 805
Ötən il Azərbaycanda 32,6 milyon ton neft hasil edilib

2022-ci il ərzində ölkədə 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 20,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, hesabat dövründə 26,3 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2023-cü il yanvarın 1-dək 607 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 567 milyon ton neft, “Şahdəniz”dən isə 40 milyon ton kondensat çıxarılıb. Hesabat dövründə bunun 605 milyon tondan çoxu ixrac olunub.

Ötən il ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.