logo

Bakıda 10 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

17:17 12-01-2023 | icon 721
Bakıda 10 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Paytaxtda daha 10 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, müsabiqəyə çıxarılanlar 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.