AQTA bir neçə ölkədən quş əti idxalına qadağa qoydu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Çexiyanın Vısoçina, Moraviya–Sileziya və Plzen diyarlarında, Şotlandiyanın Anqus inzibati ərazi vahidində, Fransanın Provans-Alp–Kot de Azür, Nigerin Tillaberi və Danimarkanın Midtyulənd regionlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə həmin inzibati ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çexiyanın Vısoçina, Moraviya–Sileziya və Plzen diyarları, Şotlandiyanın Anqus inzibati ərazi vahidi, Fransanın Provans-Alp–Kot de Azür, Nigerin Tillaberi və Danimarkanın Midtyulənd regionlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan İsrailə başsağlığı verib
BMT baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib
Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib
Misir prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN
Azərbaycan və İran XİN başçıları telefonla danışıb
Qırğızıstanın XİN başçısı Azərbaycana başsağlığı verib
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
SOCAR ötən il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında 21 məsələyə baxılacaq
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır-Çavuşoğlu
İran vətəndaşından 6 kq narkotika alan şəxs saxlanılıb
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
İran səfiri Azərbaycan səfirliyinə qarşı silahlı hücumu pisləyib
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
AZAL martdan Rusiyanın 3 şəhərinə aviareyslərə başlayır
DTX: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb
Rəsmi Bakı Tehrandan səfirliyimizə terror hücumunu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub