APA-nın sessiyasında Antalya Bəyannaməsi qəbul edilib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə işgüzar səfər edib.
YeniAvropa xəbər verir ki, səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri – Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədov APA-nın daimi komitələrinin iclaslarında və plenar sessiyada iştirak ediblər.
Deputatlarımızın iştirakı ilə keçirilən Sosial və Mədəni məsələlər üzrə Daimi Komitənin iclasında “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni dəyərlərin qorunması ilə bağlı tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyada inteqrasiya prosesləri haqqında”, “Asiyada səhiyyə sahəsində bərabərliyin təmin edilməsi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentariləri korrupsiyaya qarşı”, “Asiya Parlamentlərarası Assambleyası qadın parlamentariləri haqqında” və bir sıra digər məsələlər haqqında qətnamə layihələri müzakirəyə çıxarılıb.
Assambleyanın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında isə “Asiya Parlamentinə doğru”, “Yaxşı idarəetmə haqqında”, “Qanunun aliliyi və məhkəmə hakimiyyəti haqqında”, “Yaxşı parlament təcrübələri” və digər məsələlər haqqında qətnamə layihələrinə dair müzakirələr aparılıb.
Assambleyanın İqtisadiyyat və Davamlı inkişaf üzrə daimi komitəsinin iclasında isə “Enerji bazarının yaradılması və ekoloji məsələlər”, “Maliyyə məsələləri və yoxsulluğun aradan qaldırılması”, “Davamlı inkişaf məqsədinin həyata keçirilməsinə dəstəkdə APA parlamentarilərinin rolu” və bir sıra digər məsələlər haqqında qətnamə layihələri ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri daimi komitələrdə müzakirə olunan mövzularla bağlı müvafiq çıxışlar edib və təkliflərini səsləndiriblər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin sədri və təşkilatın fəaliyyətdə olan sədrinin müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, plenar sessiya Antalya Bəyannaməsinin qəbulu ilə öz işini başa çatdırıb.
Azərbaycan İsrailə başsağlığı verib
BMT baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib
Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib
Misir prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN
Azərbaycan və İran XİN başçıları telefonla danışıb
Qırğızıstanın XİN başçısı Azərbaycana başsağlığı verib
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
SOCAR ötən il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında 21 məsələyə baxılacaq
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır-Çavuşoğlu
İran vətəndaşından 6 kq narkotika alan şəxs saxlanılıb
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
İran səfiri Azərbaycan səfirliyinə qarşı silahlı hücumu pisləyib
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
AZAL martdan Rusiyanın 3 şəhərinə aviareyslərə başlayır
DTX: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb
Rəsmi Bakı Tehrandan səfirliyimizə terror hücumunu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub