logo

Bu gün 54 hakimliyə namizəd şifahi imtahan verir

11:55 10-01-2023 | icon 1050
Bu gün 54 hakimliyə namizəd şifahi imtahan verir

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 54 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.

Hakimlərin Seçki Komitəsindən YeniAvropa-ya bildirilib ki, imtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair beş sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 33 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Həmçinin namizədlərin xarici dövlətlərdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.