logo

Bu gün COVID-19 əleyhinə 431 vaksin vurulub

18:28 08-01-2023 | icon 2520
Bu gün COVID-19 əleyhinə 431 vaksin vurulub

Yanvarın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 431 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 243, ikinci doza vaksinlərin sayı 47, üç və daha çox doza vaksinlərin sayı 115, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 935 min 174, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 628, ikinci mərhələ üzrə 4 milyon 875 min 746, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 811, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 789-dur.