logo

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasına yollanır

17:17 22-11-2022 | icon 357
Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasına yollanır

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı(PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə və Nizami Səfərov qurumun payız sessiyasında iştirak etmək üçün noyabrın 23-də Polşanın paytaxtı Varşavaya səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, sessiyada hərbi münaqişələrin ATƏT regionuna təsirləri, humanitar fəlakət şəraitində əsas insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsələlər müzakirə olunacaq.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək və ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

Noyabrın 26-da isə ATƏT PA Bürosunun iclası keçiriləcək. İclasda ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri Azay Quliyev iştirak edəcək.

Səfər noyabrın 27-də başa çatacaq.