logo

İlham Əliyev paytaxtın Nərimanov rayonunda yol tikintisinə 4,23 milyon manat ayırdı

13:53 22-11-2022 | icon 434
İlham Əliyev paytaxtın Nərimanov rayonunda yol tikintisinə 4,23 milyon manat ayırdı

Prezident İlham Əliyev noyabrın 22-də " Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon (dörd milyon iki yüz otuz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın".