logo

Seçkilərdə 2 dəfə iştirak etməyən partiya ləğv edilməyəcək

12:12 21-11-2022 | icon 952
Seçkilərdə 2 dəfə iştirak etməyən partiya ləğv edilməyəcək

Azərbaycanda seçkilərdə 2 dəfə iştirak etməyən siyasi partiyaların ləğvinə dair tələb aradan qaldırılır.

YeniAvropa xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında öz əksini tapıb.

Belə ki, bununla bağlı uyğun maddə yeni redaksiyadan artıq çıxarılıb.

Qanun layihəsinin ilkin versiyasında qeyd edilmişdi ki, Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıra bilərdi.