logo

DİN Anar Əsədli ilə bağlı məsələyə aydınlıq gətirib

19:49 18-11-2022 | icon 791
DİN Anar Əsədli ilə bağlı məsələyə aydınlıq gətirib

Vətəndaş Anar Əsədlinin barəsində tətbiq olunan qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə(DİN) etdikləri şikayətdir.

Bu barədə DİN-in mətbuat xidmətindən YeniAvropa-ya məlumat verilib.

Bildirilib ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.

Hazırda hər iki müraciətlə bağlı nazirlikdə araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.