logo

Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

16:56 18-11-2022 | icon 1575
Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 669 nəfər müalicə olunaraq sağalıb, 9 min 969 nəfər vəfat edib. Aktiv xəstə sayı 251 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 mın 571, bu günə qədər isə ümumilikdə 7 milyon 353 min 252 test icra olunub.