logo

Salome Zurabişvili Azərbaycan prezidentini təbrik edib

11:10 18-11-2022 | icon 2219
Salome Zurabişvili Azərbaycan prezidentini təbrik edib

Gürcüstanın prezidenti Salome Zurabişvili Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvünlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Zati-aliləri,

Gürcüstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etmək istərdim.

Ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlərinin çoxəsrlik tarixi vardır. Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrildi.

Ölkələrimiz müstəqil və azad dövlətlər kimi öz ilk addımlarını atdıqları 30 il əvvəldə olduğu kimi, bu gün də dünyada sülh və sabitlik qarşısında böyük təhdid və çağırışlar dayanır. Regionumuzun sabitliyi və təhlükəsizliyi bu qlobal çağırışların öhdəsindən gəlmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İnanıram ki, ortaq səylərimiz sayəsində bu çağırışları imkanlara çevirərək ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyik. Əminəm ki, Gürcüstan və Azərbaycan nəinki regionumuzda, həmçinin qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin, o cümlədən iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfə verəcəklər.

Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm".